EN

Bakıda binalar tikiləcək - 27 milyon manatlıq layihə

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalından əldə ediən məlumata görə, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.

Qeyd edək ki, sözügedən işlər 2,31 ha torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.

MİDA qeyd olunan işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27,3 milyon manat ödənilib.

 

Chosen
52
16
bakivaxti.az

10Sources