EN

ABŞ-nin maliyyə naziri: "İran iqtisadiyyatını çökdürəcəyik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin maliyyə naziri Skott Bessent İranı hədəfə alaraq Tehranın neft sənayesini məhv etməklə hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
"Biz İranın neft sənayesini məhv edəcəyik və iqtisadiyyatını çökdürəcəyik. İranın pilotsuz təyyarələr istehsal etmə qabiliyyətini dayandıracağıq və onu beynəlxalq maliyyə sistemindən xaric edəcəyik", - deyə Skott Bessent vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi brifinqdə çıxışı zamanı bildirib ki, Vaşinqton İran probleminin həlli üçün son hazırlıqları tamamlayır. Onun bəyanatı İranın Ali Rəhbəri Əli Xameneiyə məktub göndərdiyinə dair xəbərlər fonunda verilib, baxmayaraq ki, Tehran məktubu almasını hələ təsdiqləməyib.
Chosen
133
3
oxu.az

10Sources