EN

Qızılca xəstəliyi ABŞ-nin 12 ştatına yayılıb

Qızılca epidemiyası ABŞ-ın 12 ştatına yayılıb, ümumi yoluxma sayı 222-yə çatıb.

Xüsusilə ABŞ-nin Texas və Nyu Meksiko ştatlarında təsirli olan qızılca xəstəliyinin son həftələrdə artaraq 12 ştata yayıldığı, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayının 222-yə çatdığı bildirilib.

"Operativ Media" xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə qızılca epidemiyası ilə bağlı açıqlama verib.

CDC-nin rəsmi internet saytında edilən açıqlamada, ölkə daxilində əksəriyyəti uşaq olmaqla cəmi 222 hadisənin aşkar edildiyi, qızılca xəstəliyinin Texas və Nyu-Meksiko ştatlarında, həmçinin Alyaska, Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu Cersi, Nyu York, Pensilvaniya, Rod-Aylend və Vaşinqtonda da aşkar edildiyi qeyd edilib.

Martın 7-nə olan məlumata görə, Texas 198 qızılca hadisəsi ilə 12 ştata liderlik edir, Nyu Meksiko isə 10 nəfərlə ikincidir.

Açıqlamada Texasda bir uşaq və Nyu Meksikoda bir yetkin qızılcadan öldüyü qeyd edilərək, epidemiyanın yayılmağa davam etdiyi və yaxın günlərdə yoluxma sayının arta biləcəyi xəbərdarlığı edilib.

Chosen
41
6
operativmedia.az

8Sources