EN

Qəzza zolağı ciddi ərzaq çatışmazlığı ilə üzləşdi

Qəzza zolağında iki milyondan çox fələstinlinin ərzaq və ilkin tələbat mallarına ciddi ehtiyacı var.

Publika.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qida qıtlığı ilə yanaşı, anklavda insanlar dərman və zəruri əşyaların qıtlığı ilə üzləşirlər. Humanitar böhranın İsrail hökumətinin bölgəyə göndərilən bütün humanitar yardımı əngəlləməsi ilə əlaqədar olduğu bildirilir.

Qeyd edilib ki, son bir həftə ərzində evləri qızdırmaq və elektrik generatorlarını işə salmaq üçün lazım olan yanacaq Qəzza zolağına çatdırılmayıb.

Chosen
31
10
publika.az

10Sources