EN

Bakı-Qazax magistralında avtomobil aşdı - FOTO- YENİLƏNİB

Hacıqabulda “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. 

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qəzada yaralanan Ələt qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rüstəmov Həsən Vavəhid oğlu və Nəvahi sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Elşən Ələmqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***14:39

Şirvanda “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. 

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunda baş verib. 

Qəza nəticəsində 2 nəfər ağır bədən xəsarətləri alıb. 

Magistral yolda Bakı istiqamətində sıxlıq yaranıb.

FOTO QALEREYA
Chosen
12
4
avtosfer.az

10Sources