EN

Suriya hakimiyyəti vətəndaş müharibəsinə imkan verməyəcək - Əl-Şaraa

Suriyanın yeni hakimiyyətləri heç bir xarici qüvvələrin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa ölkənin qərbində vəziyyətin pisləşməsini şərh edərkən deyib.

"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - Əl-Şaraa öz ofisinin Teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.
"Suriya möhkəm qalacaq və biz heç bir xarici qüvvələrin və ya yerli tərəflərin onu xaosa və ya vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcəyik" - o, qeyd edib.

Chosen
32
5
ucnoqta.az

10Sources