EN

ABŞ-dan Avropaya XƏBƏRDARLIQ

"Avropanın Rusiya ilə açıq qarşıdurma üçün resursları yoxdur. Məhz buna görə, Rusiya ilə açıq qarşıdurmadan sağ çıxmayacaq".

Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş polkovniki Daniel Devis "YouTube"dakı çıxışında deyib.

Onun sözlərinə görə, Moskva hərbi-sənaye potensialını xeyli gücləndirib: sənaye səfərbərliyi hərbi texnikanın istehsalını artırmağa imkan verib və bu rəqəmlər artmaqda davam edi:

"Rusiya ordusu həm könüllülər, həm müqaviləli əsgərlər, həm də şəxsi heyətin sistemli hazırlığı ilə doldurulur".

Devis qeyd edib ki, Ukrayna məcburi səfərbərlik həyata keçirmək məcburiyyətindədir, insanları küçələrdə saxlayıb, onun çıxılmaz vəziyyətini əks etdirir.

Ekspert vurğulayıb ki, hərbi münaqişə baş verərsə, Rusiya tez bir zamanda böyük və mütəşəkkil qüvvələr yerləşdirə biləcək.

Chosen
78
50
publika.az

10Sources