EN

Legionerimiz "sarı" aldı, komandası sevindi -

Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Daequ”yla qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sona qədər oynayıb. 26 yaşlı oyunçu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

“Daejeon” bu nəticədən sonra 9 xalla 1-ci pillədə qərarlaşıb.

Chosen
88
6
sportinfo.az

10Sources