“Feyenoord”un mərkəz müdafiəçisi David Hançko karyerasını “Yuventus”da davam etdirəcək.
Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Yuventus” Niderland klubu ilə futbolçunun transferi üçün 22 milyon avroya razılaşıb.
Hançkonun Turin klubunda bonus ödənişləri nəzərə alınmadan ildə 2,5 milyon avro qazanacağı iddia edilir.
27 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 37 matçda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.