“Real”ın baş məşqçisi Karlo Ançelottinin klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
Sportinfo.az “PoretCast”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis hansı halda Madrid klubunu erkən tərk edə biləcəyini açıqlayıb:
“Real”dan nə vaxt ayrılacağımı bilmirəm. Mən buna qərar vermirəm. Bilirəm ki, klub prezidenti belə bir qərar versə, gedəcəm. Gec-tez bu baş verəcək”.
“Real”ın növbəti oyunu İspaniya çempionatında, evdə “Rayo Valyekano”ya qarşı olacaq.