EN

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatları mübadiləsini bərpa edib – ABŞ Prezidenti Donald Tramp

Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini “demək olar ki,” bərpa edib və Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan müsbət nəticələr gözləyir.

“Reuters” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp martın 9-da “Air Force One” təyyarəsində jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində “pauzanı” aradan qaldırmağa yaxındır. Kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsinin qarşısının açılıb-açılmayacağı ilə bağlı sualı cavablandırarkən o, “az qala oradayıq” deyib.

Agentlik yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff ABŞ prezidenti Vladimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarının aparılmasında Trampla əməkdaşlıq etməsi üçün təzyiqin bir hissəsi olaraq Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırdığını demişdi. Eyni zamanda Tramp qeyd edib ki, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan müsbət nəticələr gözləyir. Amerika lideri Ukraynanın müharibəni dayandırmaq üçün Rusiyanın xeyrinə maddi güzəştlərə getməyə hazır olub-olmadığını müəyyən etmək istəyir. “İnanıram ki, bu həftə mühüm irəliləyiş əldə edəcəyik.

//Samir Qurbanov, Editor.az

Chosen
2
22
editor.az

10Sources