1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Misli Premyer Liqasının XXVI turunda "Kəpəz"i doğma meydanda qəbul edən "Sumqayıt" 11 oyunluq qol "orucu"nu pozmağı bacarıb.
Oxu.Az xəbər verir ki, görüşün 20-ci dəqiqəsində hesabı açan Roy Kehat komandasını hesabda irəli çıxarıb.
Qeyd edək ki, Vaqif Cavadovun yetirmələri sonuncu dəfə ötən il dekabrın 8-də "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri matçda qol vurublar.
Bu gün Misli Premyer Liqasıda XXVI turun son oyun günündə iki görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Sumqayıt" "Kəpəz"i saat 17:00-da, "Neftçi" isə "Turan Tovuz"u saat 19:30-da qəbul edəcək.
Xatırladaq ki, turun ilk oyunlarında "Zirə" "Səbail"i, "Şamaxı" "Sabah"ı 1:0, "Qarabağ" isə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hazırda aktivində 63 xalı olan "Qarabağ" bütün rəqiblərini qabaqlayaraq turnir cədvəlinin lideridir. "Zirə" 51 xalla ikinci, "Araz-Naxçıvan" isə 46 xalla üçüncüdür. 42 xalı olan "Turan Tovuz" dördüncü sırada qərarlaşıb. Beşinci pillədəki "Sabah"ın 34 xalı var. Hərəyə 27 xalı olan "Neftçi" və "Şamaxı" altıncı və yeddinci yerləri bölüşür. Hərəyə 22 xalı olan "Sumqayıt" və "Kəpəz" isə səkkizinci və doqquzuncu sıralardadır. 18 xalı olan "Səbail" isə turnir cədvəlinin 10-cusu, yəni sonuncusudur.
10 mart
Misli Premyer Liqası
XXVI tur
Saat 17:00, "Suqmayıt" - "Kəpəz";
Saat 19:30, "Neftçi" - "Turan Tovuz".