EN

Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarını verməyi dayandırmayıb - Trampın xüsusi nümayəndəsi

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Uitkoff deyib ki, Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarını verməyi dayandırmayıb.

Korrespondent.az xəbər verir ki,  Uitkoff bu fikri "Fox News"a bildirib.

Uitkoff bildirib ki, bu cür məlumatların mübadiləsi məsələsi martın 12-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında müzakirə olunacaq.

ABŞ-ın xüsusi nümayəndəsi "Fox News" telekanalına müsahibəsində deyib: “Birləşmiş Ştatlar heç vaxt ukraynalıların müdafiə ehtiyacları üçün kəşfiyyat məlumatlarının verilməsini dayandırmayıb.

Stiv Uitkoff Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Amerika nümayəndə heyətinin tərkibində olacaq. Onun sözlərinə görə, ABŞ Ukrayna ilə danışıqlarda "əhəmiyyətli irəliləyiş" gözləyir. O cümlədən, Ukraynanın mineral ehtiyatlarının birgə işlənməsi haqqında saziş məsələsinə dair.

Chosen
2
22
korrespondent.az

10Sources