EN

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Azreform.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.

Chosen
30
11
azreform.info

10Sources