Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Gundem.az xəbər verir ki, araşdırmalar zamanı Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi 80D ünvanında yaşıllıqlar məhv edilərək qanunsuz parklanma yeri quraşdırılıb, həmçinin torpağın münbit qatı örtülmüş və piyada yolunun dəyişdirilməsi aşkar edilib.
Qeyd edilÉ™n qanun pozuntularını doÄŸuran sÉ™bÉ™b vÉ™ ÅŸÉ™raitin aradan qaldırılması mÉ™qsÉ™dilÉ™ AzÉ™rbaycan Avtomobil Yolları DövlÉ™t Agentliyi, Bakı ŞəhÉ™r Ä°cra HakimiyyÉ™ti vÉ™ Ekologiya vÉ™ TÉ™bii SÉ™rvÉ™tlÉ™r NazirliyinÉ™ tÉ™qdimatlar verilib.Â
Həmçinin, Nərimanov rayonu Fətəli Xan Xoyski 95 A, Yasamal rayonu Eldar Ağayev küçəsi 41, Nizami rayonu Babək prospekti 89 ünvanında və Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində magistral yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsində meşə fonduna daxil olmayan ümumilikdə 83 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) və 260.1-1-ci (külli miqdarda ziyan vurmaqla ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına  və  Fövqəladə Hallar Nazirliyinə göndərilib.