EN

“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Bakı, 11 mart, AZƏRTAC

“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, onun yubileyi Misli Premyer Liqanın XXVI turuna təsadüf edib. 32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşə (1:1) start heyətində çıxıb.

H.Haqverdi Premyer Liqada 2 klubun formasını geyinib. O, “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.

Qeyd edək ki, müdafiəçinin debütü 2020/2021 mövsümünə təsadüf edib. O, 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.

Chosen
21
14
azertag.az

10Sources