“Neftçi”nin futbolçusu Höccət Haqverdi ölkə çempionatlarında 100-cü oyununu keçirib.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, onun yubileyi Misli premyer-liqasının 26-cı turuna təsadüf edib. 32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşə (1:1) start heyətində çıxıb. Höccət premyer-liqada 2 klubun formasını geyib. O, “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.
Qeyd edək ki, müdafiəçinin debütü 2020/21 mövsümünə təsadüf edib. O, 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.