EN

Aynur Mikayılova DÇ-də rəqibinə ilk raundda qalib gəldi

Azərbaycan millisinin daha bir boksçusu – Aynur Mikayılova qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Arena.az bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir.

Belə ki, 57 kq çəki dərəcəsində yarışan Aynur Mikayılova 1/16 final mərhələsi çərçivəsində Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.

Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin daha iki boksçusu rinqə çıxacaq.

Chosen
57
9
arena.az

10Sources