EN

Kamran Əliyev Katrin Bomberger ilə görüşüb

Baş prokuror Kamran Əliyev martın 11-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru Katrin Bomberger ilə görüşüb. 

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, baş prokuror rəhbərlik etdiyi qurumla İCMP arasında 2023-cü ildən etibarən müsbət əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumat verib. 

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3983 azərbaycanlının işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırıldığını, bu günə kimi onların taleyinə aydınlıq gətirilmədiyi vurğulanaraq Ermənistan tərəfindən müfəssəl məlumatların təqdim edilmədiyi qeyd olunub. 

Qəbula görə təşəkkürünü ifadə edən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, hüquqi bazanın genişləndirilməsi, yerli mütəxəssislərin peşəkarlığının artırılması və müasir laboratoriyaların tikilməsi işlərinə Komissiyanın töhfə verə biləcəyini bildirərək, son illər Azərbaycan tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. 

Səmərəli diskussiya formatında keçirilmiş görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
14
9
ikisahil.az

10Sources