EN

"Barselona" Çempionlar Liqasının 1/4 finalına yüksəldi

"Barselona" (İspaniya) Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Benfika"nı (Portuqaliya) məğlub edib.

Publika.az xəbər verir ki, Barselonadakı Olympic Lluis Companys stadionunda keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.

Qalib komandanın qollarını oyunun 11 və 42-ci dəqiqələrində iki dəfə fərqlənən Rafinya və Lamin Yamal vurub. Portuqaliya klubunun heyətində yeganə qolu Nikolas Otamendi vurub .

Komandalar arasında martın 5-də Portuqaliyada baş tutan ilk görüş də "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, iki görüşdə ümumi 4:1 hesabı ilə qalib gələn Kataloniya komandası Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

Chosen
62
50
publika.az

10Sources