EN

Premyer Liqada 50-ci dəfə oyun keçirən baş məşqçi kimdir?

“Kəpəz”in baş məşqçisi Azər Bağırov yubileyini qeyd edib.

Sportinfo.az xəbər verir ki, o, “Sumqayıt”la matçda 50-ci dəfə Premyer Liqada oyun keçirən baş məşqçi olub.

40 yaşlı çalışdırıcı bu göstəriciyə iki komandada çatıb. Ötən mövsüm Premyer Liqaya yüksəltdiyi “Araz-Naxçıvan”a 29 görüşdə rəhbərlik edən çalışdırıcı cari çempionatda “Kəpəz”lə 21 oyun keçirib.

Bağırovun Gəncə klubunda debütü məhz “Araz-Naxçıvan”a qarşı oyunla reallaşmışdı. O, Adil Şükürovun boşaltdığı postu 6-cı turdan etibarən tutur

Chosen
52
25
sportinfo.az

10Sources