EN

Qaz olmayacaq

Bu gün İmişli, Salyan və Şirvanda qaz təchizatında fasilələr yaranacaq.

 

Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, İmişli rayonu üzrə İmişli QPS-dən qidalanan M.Müşfiq və Şıxlinski küçələrində müxtəlif diametrli qaz xətlərində qaz sızmalarının ləğvi və təmir işlərinin görülməsi ilə əlaqədar olaraq, 12.03.2025-ci il saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan küçələrdə (573 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

 

Həmçinin Salyan rayonunun Yuxarı Noxudlu kəndində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısından keçən 76 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə, 12.03.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kənddə (236 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

 

"Azəriqaz" İB ilə razılıq əsasında Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması ilə əlaqədar podratçı təşkilat tərəfindən yeni quraşdırılmış futlyar daxilindən keçən 108 mm-lik yeraltı keçid xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, 12.03.2025-ci il saat 10:30-dan etibarən Şirvan şəhər M.Əsədov və M.Aydınov küçələrində (ümumi 210 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

Tarix: 12 Mart 2025, 05:54   
Chosen
22
7
pravda.az

8Sources