Albaniya Super Liqasında 29-cu turun oyunları keçirilir.
Sporinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Laçi"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Xallarını 53-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir.