
Alimlər Saturn ətrafında fırlanan və əvvəllər məlum olmayan 128 peyk kəşf ediblər.
Reyting.az xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan bu kəşflə Saturnun məlum peyklərinin sayı 274-ə çatıb. Beləliklə, 95 peyki ilə Yupiter geridə qalıb.
Tayvandakı Akademiya Sinicanın astronomu Edvard Eşton deyib: “Biz bu obyektlərin yəqin ki, aylar olduğunu bilirdik və kəşf ediləcək daha çox şey ola biləcəyini düşündük. Buna görə də 2023-cü ildə üç ay ərzində eyni səma bölgələrini yenidən müşahidə etmişik”.
V. QULİYEV