EN

Kurskda Ukrayna ordusu tezliklə məğlub edilməlidir! - Putin ƏMR ETDİ

Rusiya prezidenti Vladimir Putin ordudan Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin tezliklə məğlub edilməsini tələb edib.

Modern.az-ın məlumatına görə, bu barədə TASS-ın yaydığı məlumatda bildirilib.

“Həqiqətən də, bizim yaxın gələcəkdə vəzifəmiz Kursk vilayətinin ərazisinə soxulmuş və burada hərbi əməliyyatlar aparan düşməni ən qısa müddətdə nəhayət məğlub etməkdir”, - Rusiya prezidenti sərhəd bölgəsində komandanlıq məntəqələrindən birində keçirdiyi müşavirədə bildirib.

Rusiya prezidenti hərbi geyimdə Kursk qrupunun komanda məntəqəsinə baş çəkib və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib.

Bu, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra Putinin Kursk vilayətinə ilk səfəridir.

Chosen
9
1
modern.az

2Sources