EN

Paşinyan: "Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sülh sazişi imzalandıqdan sonra İrəvan və Bakı Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəf qüvvələrini yerləşdirməyəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Sülh müqaviləsində Aİ-nin Ermənistandakı mülki missiyası barədə bir bənd yoxdur. Orada söhbət üçüncü qüvvələrin yerləşdirilməməsindən gedir. Bu, həm Ermənistana, həm də Azərbaycana aiddir", - o, sülh müqaviləsi imzalandıqdan sonra avropalı müşahidəçilərin Azərbaycanla sərhədin Ermənistan tərəfindən çıxarılıb-çıxarılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
Chosen
36
45
oxu.az

10Sources