Bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***12:36
Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbinin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.
Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.