EN

“Azərbaycanla olan sərhədini tanımırsansa, öz varlığını tanımırsan” – Simonyan

“Ermənistan Respublikası dörd məşhur ölkənin ortasında yerləşir”. 

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan sosial şəbəkə hesabında yazıb.

“Bütün o qüvvələr, partiyalar, siyasi xadimlər həmişə deyib və deyəcəklər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımamalı idi. Deyirlər ki, Ermənistan öz ərazi bütövlüyünü tanımamalıdır, Ermənistan ən azı iki qonşusu ilə həmişəlik müharibə vəziyyətində olmalıdır. Bu, Ermənistan Respublikasını beynəlxalq hüquqdan, Ermənistan Respublikasını bütün mümkün danışıqlardan kənarda qoyur, üçüncü qüvvələrin ölkəmizə daxil olmasına qapı açır.

Ermənistan Respublikası dörd məşhur ölkənin ortasında yerləşir. Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir və bu dörd sərhəddən birini tanımırsınızsa, öz varlığınızı tanımırsınız.

Bütün bunları anlayaraq deməmək, israr etmək, təbliğ etmək beşinci kolon və düşmənə xas bir hərəkətdir. Başqa izahat yoxdur və ola da bilməz.

Yeri gəlmişkən, Ermənistan Respublikasının heç bir hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan etməyib”, – deyə Simonyan qeyd edib.\\“Unikal”

Chosen
38
1
nocomment.az

10Sources