EN

Qondarma rejim üçün hər il pul yığırmışlar

“Büdcə” Ermənistan tərəfindən verilən “kreditlər” hesabına, həmçinin fərdi gəlirlərdən formalaşırdı. Bundan başqa, hər il müəyyən pul toplanılması həyata keçirilirdi, dünyanın bir çox ölkələrindən kim istəyərdisə, xeyriyyə fondları vasitəsilə kömək edə bilərdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu ağır cinayətlərdə təqsirləndirilən Bako Sahakyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən deyib.

Təqsirləndirilən şəxs Ermənistanın ayırdığı vəsaitlərin “faizsiz kreditlər” adlandırılmasına baxmayaraq, həmin pulların geriyə qaytarılmadığını da etiraf edərək bildirib: “Biz 1991-ci ildən 2023-cü ilədək Ermənistandan göndərilmiş heç bir məbləği qaytarmamışıq, çünki bu, məntiqsiz bir şey idi. Ona görə ki, bizim şəxsi resurslarımız ehtiyaclarımızı qarşılamağa qadir deyildi”.

O etiraf edib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb.

B.Sahakyan işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda, Qarabağda yaşayan erməni sakinlərin isə Ermənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmaz əmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərini bildirib və deyib:

“Ermənistan bizim üçün xarici ölkə hesab edilmirdi”.

"Cebheinfo.az"

Chosen
5
50
cebheinfo.az

10Sources