Misli Premyer Liqasında 27-ci tur davam edir.
QOL.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.
Günün ilk oyununda lider “Qarabağ” Tovuzda “Kəpəz”in qonağı olub. Matç qolsuz heç-heçə ilə bitib.
Hazırda 63 xalla Ağdam klubu turnir cədvəlinin vahid lideridir. “Kəpəz” isə 22 xalla doqquzuncudur.
Cari mövsüm bu komandaların qarşılaşmalarında “Qarabağ”ın aşkar üstünlüyü var. Qurban Qurbanovun komandası ilk dövrədə rəqib qapısından 3, ikinci görüşdə isə 5 cavabsız qol keçirib.
Günün ikinci matçında isə “Sabah” “Zirə”ni qəbul edəcək.
Misli Premyer Liqası
27-ci tur
15 mart
17:00. “Kəpəz” - “Qarabağ” - 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Tovuz şəhər stadionu
19:30. “Sabah” - “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayılov
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”
16 mart
16:00. “Səbail” - “Neftçi”
18:30. “Turan Tovuz” - “Sumqayıt”
14 mart
“Araz-Naxçıvan” - “Şamaxı” - 1:1
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 11 qol
Cesse Sekidika ("Sabah") - 9 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol