EN

Çin "DeepSeek" işçilərinə məhdudiyyət qoyub

Çin hakimiyyəti "DeepSeek" süni intellekt startapı əməkdaşlarının xaricə səfərləri üzərində nəzarəti gücləndirib.

APA xəbər verir ki, belə bir addım "beyin axını"nın qarşısını almaqdan ötrü atılıb.

"DeepSeek"in ana şirkəti "High-Flyer" bəzi əməkdaşların pasportlarını saxlayaraq, onların ökəni icazəsiz tərk etmək imkanını məhdudlaşdırır.

Bu tədbirlər Çin hökumətinin süni intellekt sahəsindəki alimlərə və sahibkarlara ABŞ-yə səfərdən çəkinmək tövsiyələri fonunda tətbiq edilib.

Chosen
16
6
apa.az

8Sources