EN

Peskov təsdiqlədi: Tramp və Putin bu tarixdə danışacaq

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı Rusiya lideri Vladimir Putinlə telefon söhbətinə hazırlıq görüldüyünü bildirib. 


Sfera.az TASS-a istinadən xəbər verir ki, Peskov görüşün martın 18-də baş tutacağını təsdiqləyib:

 

"Bəli, həqiqətən də belədir. Çərşənbə axşamı üçün söhbət hazırlanır". 


Xatırladaq ki, Tramp bir gün əvvəl jurnalistlərə Rusiya prezidenti ilə çərşənbə axşamı danışmağı planlaşdırdığını və bu zaman Ukrayna münaqişəsi çərçivəsində ərazi və infrastruktur məsələlərinə xüsusi diqqət yetirmək niyyətində olduğunu bildirib. 


Putinlə Tramp arasında sonuncu telefon danışığı fevralın 12-də baş tutub. İki ölkə liderləri bir saat yarım ərzində Ukrayna məsələsini, eləcə də iki ölkə arasında münasibətlərdə yığılıb qalmış problemləri müzakirə ediblər. Daha sonra Rusiya Federasiyası və ABŞ prezidentləri şəxsi görüşlərin təşkili də daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər. Bu razılaşmalar çərçivəsində Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Moskvada Putini ziyarət edib.

 

Vasif

Chosen
9
7
sfera.az

10Sources