1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2024-cü ildə Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin (PSC) xalis itkisi 1,076 trilyon rubl (təqribən 21,39 milyard manat) təşkil edib.
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bu barədə şirkətin hesabatında məlumat verilir.
Məlumata görə, "Qazprom" PSC-nin itkisinin yaranmasına təsir göstərən amillər arasında şirkətin səhmlərinin bazar dəyərinin 852 milyard rubl (təqribən 16,95 milyard manat) məbləğində azalması və təxirə salınmış mənfəət vergisi üzrə xərclərin artımı yer alıb.
Xatırladaq ki, "Qazprom" PSC 2023-cü ili 696 milyard rubl (təqribən 13,84 milyard manat) mənfəətlə başa vurmuşdu.