ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Ağ evin aparat rəhbərinin müavini Den Skavino danışıqların yaxşı davam etdiyini bildirib. Telefon danışığı 3 saatdan çox çəkib.
ABŞ administrasiyası müharibəni sona çatdırmaq üçün mümkün bir yol kimi 30 günlük atəşkəs təklifini imzalamaqla bağlı Rusiya tərəfi ilə müzakirə aparır.