EN

Azərbaycanda ƏMƏLİYYAT - SAXLANILAN VAR

Ağdamda silahlı şəxs saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupu məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq s*lah-s*rsat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb.

Avtomobilə baxış zamanı "AK" markalı avtomat, bir patron darağı, 29 patron və bir süngü bıçaq aşkarlanaraq götürülüb. O, s*lahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlətmiş, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.


Chosen
18
18
news24.az

10Sources