Şəmkir rayonunda qadın bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü N.Nəsrəddinli mübahisə zəminində bıçaqlanıb.
Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev