"Biz onları müdafiə edirik. Onlar isə bizi yox. Beləliklə, düşünmürəm ki, biz pul xərcləməliyik. Hətta heç bir şey xərcləməməliyik," - deyə Tramp vurğulayıb.
Bununla belə, o qeyd edib ki, NATO-ya müəyyən dəstək lazımdır, lakin üzv ölkələr müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmalıdır.
Tramp Davosdakı Dünya İqtisadi Forumunda çıxışı zamanı NATO üzvlərinin müdafiə xərclərini 5%-ə qədər artırmasının zəruri olduğunu bildirib. O qeyd edib ki, bu siyasət ittifaqda maliyyə yükünün daha ədalətli bölüşdürülməsinə yönəlib. Prezident daha əvvəl dəfələrlə NATO-dan narazılığını ifadə edib və Avropa tərəfdaşlarının təhlükəsizlik məsuliyyətini artırmadığı halda ABŞ-nin alyansdan çıxacağını bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31