RU

"Traktor"un oyununda 32 nəfər yaralandı

İran çempionatının 17-ci turunda keçirilən "Persepolis" - "Traktor" matçında xoşagəlməz hadisələr yaşanıb.

Demokrat.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Görüş zamanı tribunalarda azarkeşlər arasında dava olub.  Münaqişə nəticəsində 32 nəfər yaralanıb. Onlardan 3-ü qadındır. 

Daşla yaralandığı iddia edilən 3 kişi azarkeş isə xəstəxanaya aparılıb.

Избранный
34
3
demokrat.az

4Источники