RU

Azərbaycan çempionatında VIII tur başlayır

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura bu gün start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da MOİK - “Neftçi”, 18:00-da “Murov Az Terminal” - “Gənclər” matçı start götürəcək.

Qeyd edək ki, tura yanvarın 30-da baş tutacaq “Azərreyl” - “Xilasedici” görüşü ilə yekun vurulacaq.

Избранный
35
4
bakivaxti.az

10Источники