RU

"Kontakt Home" cərimələnə bilər

"Abc-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Kontakt Home mağazalar şəbəkəsi gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.

Valyuta.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə 12.02.2025-ci il tarixində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Sabiq

Избранный
43
11
valyuta.az

10Источники