Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Monpelye” doğma meydanda “Lans”la münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyunda 2 cavabsız qolla qalib gəliblər.
20-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
20-ci tur
31 yanvar
Monpelye – Lans 0:2
Qollar: Nzola, 1. Aqbonifo, 61.
1 fevral
20:00. Brest – PSJ
22:00. Monako – Oser
00:05. Lill – Sent Etyen
2 fevral
18:00. Tuluza – Nitsa
20:15. Anje – Havr
20:15. Reyms – Nant
20:15. Renn – Strasburq
23:45. Olimpik (Marsel) – Olimpik (Lion)