RU

Yüzlərlə FTB agenti işsiz qala bilər - Trampla bağlı araşdırmalara görə...

Image

ABŞ administrasiyası Prezident Donald Trampla bağlı araşdırmalarda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır. Bu barədə “Washington Post” qəzeti yazıb.

Məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər. Xüsusilə bu məsələ 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliyə hücumun şərtlərini araşdıran, həmçinin Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edən xüsusi müşavir Cek Smitlə əməkdaşlıq edən agentlərə təsir edə bilər.

Mətləb Salahov





Избранный
17
10
baki-xeber.com

10Источники