RU

Tailandda turistləri daşıyan avtobus aşıb, xəsarət alanlar var

Tailandda turist avtobusu 15 metr hündürlükdən aşıb.

“Report” xəbər verir ki, bu barədə yerli “BrightTV” məlumat yayıb.

"Qəza Phuketdəki Karon-Patonq aşırımında baş verib. Bir qrup turist ekskursiyadan qayıdarkən avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi hotelin yaxınlığında yoldan çıxıb", - telekanal qeyd edir.

Qəza nəticəsində doqquz nəfər xəsarət alıb. İlkin məlumata görə, onların arasında rusiyalılar və çinlilər var.

Hadisə yerində xilasetmə xidmətləri işləyir.

Избранный
12
10
far.az

10Источники