RU

Əvəzedicilər: “Neftçi” evdə, “Sabah” səfərdə qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 21-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Kəpəz” və “Sabah”ın əvəzediciləri arasında keçirilmiş ilk oyunda qonaqlar çətinliklə də olsa, qələbə qazanıblar. “Neftçi”nin ikinci komandası isə “Şamaxı”nın əvəzediciləri ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

21-ci turun qalan fevralın 2-də və 3-də baş tutacaq.

Əvəzedicilər Liqası
21-ci tur
1 fevral

“Kəpəz-2” – “Sabah-2” 0:1
Qol: Emil Əmirov, 52.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Neftçi-2” – “Şamaxı-2” 2:0
Qollar: Məhəmməd Məmmədli, 24. Həbib İsmayılov, 82.
Hakimlər: Əkbər Əhmədov, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.

2 fevral

“Turan Tovuz-2” – “Səbail-2”
Hakimlər: Kamranbəy Rəhimov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

3 fevral

“Zirə-2” – “Qarabağ-2”
Hakimlər: Kamran Əliyev, Pərvin Talıbov, Asiman Əzizli, Niyaz Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 13:00.

Избранный
31
3
arena.az

4Источники