Bakı. Trend:
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsindəaparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılacaq.
Trend xəbərverir ki, bununla bağlı məsələ “Sahibkarlıq sahəsində aparılanyoxlamaların dayandırılması haqqında” Qanuna təklif ediləndəyişiklikdə öz əksini tapıb.
Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilkplenar iclasında qanun layihəsi bir oxunuşda qəbul olunub.
Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə əsasən,sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dəkdayandırılıb.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafınınstimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarənqanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqladigər yoxlamalar dayandırılıb.