Ağ Ev sahibinin Yaxın Şərqlə bağlı planları nədən ibarətdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-nın yeni prezidentinin Yaxın Şərqlə bağlı xüsusi planları var:

“Burada fələstinlilərin Misir və İordaniyaya köçürülməsi haqqında fikirlər səslənir. Hesab edirəm ki, bu ABŞ-a hər hansısa bir üstünlük qazandırmır, əksinə burada məsələnin sülh ilə həll edilməsi, bölgədə iki dövlətin mövcudluğu, Fələstin xalqının hüquqlarının tanınması daha çox dünyada Vaşinqtona nüfuz qazandıra bilərdi. Belə görünür ki, yeni administrasiya başqa fikirdədir. Əvvəldən də prezident seçkilərindən öncə seçki qabağı dövrdə Trampın daha çox İsrail mərkəzli siyasət yürüdəcəyi hiss olunurdu”.
Politoloq bildirib ki, Trampın əvvəlki dövründə də bu hiss edilirdi, lakin burada Ərəb dünyası tərəfindən müqavimətin olacağı da plan içində deyildi:
“Bölgənin hərbi əməliyyatlardan sonra yenidən qurulması, tikilməsi və daha sonra fələstinlilərin o əraziyə qaytarılması planı var. Lakin burada fələstinlilərin saxlanılması, onların ehtiyaclarının qarşılanması üçün ABŞ-ın Misir və İordaniya hər hansısa cəlbedici təkliflər və yardımlar etməsi də istisna deyil. Burada Tramp Yaxın Şərqin əhəmiyyətli geosiyasi oyunçuları ilə də yaxınlaşmaq siyasi kursunu nəzərdən keçirdir”.
Leyla Turan
Demokrat.az
10Источники
-
sitat.infoTramp Qəzzanı buna görə boşaltmaq istəyir – Sensasion plan ( 15437269)
-
axar.azTramp Yaxın Şərqdə “ABŞ ştatı” yaradır? ( 15436485)
-
ulusum.azABŞ Qəzza sektorunu heç bir ödəniş etmədən əldə edəcək ( 15427365)
-
redaktor.azTrampın hədəfləri Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək - AÇIQLAMA ( 15427165)
-
redaktor.azTrampın hədəfləri Yaxın Şərq ətrafında situasiyanı daha da gərginləşdirəcək - AÇIQLAMA ( 15427045)
-
olaylar.azTramp: “ABŞ Qəzza zolağını heç nə ödəmədən əldə edəcək” - ÖZƏL ( 15414007)
-
index.azTramp: “Qəzzanı ələ keçirəcəyik, otellər tikəcəyik” ( 15411433)
-
azadmedia.azTramp İordaniya kralı ilə görüşüb » AzadMedia.az ( 15410073)
-
azadmedia.azTramp İordaniya kralı ilə görüşüb » AzadMedia.az ( 15409761)
-
poliqon.infoTramp: ABŞ Qəzzanı satın almadan ələ keçirəcək... ( 15409629)