Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi İlham Yadullayevin müqaviləsinin müddəti uzadılıb.
İdman.biz xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirakı ilə əlaqədar sözləşmənin müddəti mayın 1-dək artırılıb.
Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.
İdman.biz