RU

Ənvər Həsənov xəstəxanadan evə buraxıldı

Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu haqda teleqraf.com-a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində daha sonra isə Reabilitasiya Mərkəzində davam etdirilib.

Bizim.Media

Избранный
29
5
bizim.media

10Источники