Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, Əhməd əl-Şaara səfər çərçivəsində Məkkədə Ümrə ziyarətində iştirak edib.
Onu bu səfərdə həyat yoldaşı Latifa əl-Şaara da müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.