19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.
Msport.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində ilk yoxlama görüşünə çıxıb.
Rəqib meydan sahibləri olub. Belarusun U-19 komandası birinci hissədə vurduğu iki qol sayəsində 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, millimiz fevralın 6-da Belarusla ikinci sınaq matçına çıxacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.